Azərbaycan İnternet məkanında yeni onlayn domen qeydiyyatı servisi təqdim edilib 2015-01-28 12:20:49 / KONFRANSLAR

Azərbaycan İnternet məkanında domen və hostinq satışı xidmətləri üzrə yeni onlayn servis təqdim edilib.
 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Smarthost” adlanan bu servis “www.smarthost.az”  İnternet ünvanında yerləşir.
 

Layihənin müəllifləri domen və hostinq satışı xidmətlərinin asanlaşdırılması üçün yeni mexanizmin yaradılması üzərində böyük iş görüblər və nəticə olaraq hazırda qeyd edilən saytda istifadəçilər bütün qeydiyyat və alış-veriş prosedurlarını onlayn rejimdə və daha sürətlə həyata keçirirlər.
 

Məlumatların təhlükəsizliyi yüksək etibarlılığa malik olan şəxsi serverlər vasitəsi ilə təmin edilir. Layihə “*.AZ” domen zonasının rəsmi qeydiyyatçısı “İntrans”şirkəti tərəfindən akkreditə olunub.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020