İnstitutun alimi beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib 2019-04-30 15:33:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev bu il oktyabrın 11-12-də “Nəzəri və tətbiqi kompüter elmləri və mühəndislik” mövzusunda keçiriləcək beynəlxalq konfransın (ICTACSE-2019) elmi komitəsinin üzvü seçilib.

İstanbulda təşkil olunacaq konfransda bioinformatika, “Data Mining”, distant təhsil, e-dövlət, e-tibb, qeyri-səlis məntiq, informasiya təhlükəsizliyi və risklərin idarə olunması, informasiya texnologiyaları üzrə layihələrin idarə olunması, “ağıllı” sensor şəbəkələri, proqram mühəndisliyi, obrazların tanınması və digər istiqamətlərdə müzakirələr aparılacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024