İnstitutun əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib 2019-04-23 15:35:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  “Бионика интеллекта” elmi-texniki jurnalının redaksiya heyətinin üzvü seçilib.

1967-ci ildən Xarkov Milli Radioelektronika Universiteti tərəfindən dərc olunan jurnalda informatika və kibernetikanın nəzəri əsasları, intellekt nəzəriyyəsi, riyazi modelləşdirmə, sistemli analiz, qərarların qəbulu, informasiyanın intellektual emalı, obrazların tanınması, informasiya texnologiyaları və proqram-texniki kompleksləri, tətbiqi və riyazi linqvistika, eləcə də digər istiqamətləri əhatə edən məqalələr nəşr olunur.

Qeyd edək ki, jurnal “Google Scholar”, “Microsoft Academic”, “Academia”, “İndex Copernicus”, “ResearchGate” və s. bazalarda referatlaşır və indeksləşir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024