“R” proqramlaşdırma dilində mövzu modelləşdirmə məsələləri müzakirə olundu 2019-04-23 15:33:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun elmi işçisi Günay İskəndərli“R” proqramlaşdırma dilində mövzu modelləşdirmə (topic modeling) haqqında məruzəni təqdim etdi.

Məruzəçi bir sıra sənədlərin mövzularını müəyyənləşdirmə prosesi olan mövzu modelləşdirmə, Gibbs sampling, Latent Dirichlet Allocation alqoritmlərindən bəhs edərək onların məqsədi, yerinə yetirdiyi funksiyalar və tətbiq sahələri haqqında məlumat verdi.

Mətni vektor şəklində göstərmək üçün istifadə olunan text2pec paketi ilə mətnlərin analizindən söz açan məruzəçi bu paketin əsas məqsədindən söz açdı. Bildirdi ki, məqsəd “R” proqramlaşdırma dilində mətn analizi üçün bu paketdən istifadə edərək mətni vektor şəklində göstərməkdir. Text2pec paketində iki üsuldan istifadə olunduğunu söyləyən məruzəçi qeyd etdi ki, onların vasitəsi ilə mətnin vektora çevrilməsi mümkündür.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024