Bir neçə müddət bundan öncə Google şirkəti özünün Google+ adlı sosial şəıbəkəsini bağladı. Lakin həmin vaxtda şirkət bildirmişdi ki, servisin korporativ hissəsi öz işini davam etdirəcək. İndi isə bunun necə olacağı məlum oldu. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin təqdim etdiyi Currents adlı yeni servis artıq şirkətin tanış olan G Suite paketinə bənzəyir. Lakin Currents bir qədər fərqli dizayna və daha geniş funksionala sahibdir. Buna baxmayaraq o, Slack kimi digər korporativ messencerlərdən o qədər də fərqlənmir.
Fins.az technote.az-a istinadən bildirir ki, istifadəçilər servisin daxili qrup çatlarında ünsiyyət qura, servisdə hansısa qeydləri apara, qeydlərə teqlər əlavə edə, prioritetli məsələləri qeyd edə və həmin özəlliklərə müxtəlif postlar birləşdirə bilərlər. Google Currents hələki beta rejimində çalışır. Lakin sözügedən servisi yoxlamaq istəyən istifadəçilər CurrentsBeta@google.com poçt ünvanı vasitəsilə beta rejimində iştirak edə bilərlər. G Suite-də ediləcək bütün paylaşımlar isə daha sonradan yeni servisə inteqrasiya ediləcək.