Kriptovalyuta hedc fondu olan BKCM LLC-nin təsisçisi və rəhbəri Brian Kelly CNBC kanalının «Fast Money» verlişində çıxışı zamanı qeyd edib ki, bitkoinin qiymətinin qalxmasının arxasında fundamental faktorlar dayanır.
Xeberler.az bildirir ki, onun sözlərinə görə yanvar ayından etibarən aktiv kriptovalyuta cüzdanlarının sayı 26% artıb, bitcoin şəbəkəsində tranzaksiyaların sayı isə 2017-ci ilin sonundakı səviyyəyə çatıb. Brian Kelly:
“İnstitusional investorlar kriptovalyuta sektoruna fundamental amillər güclü olduğu zaman gəlir və bu bitkoini yeni yüksəkliklərə aparacaq. Hesab edirəm ki, 2020-ci ildə, yəni bitcoin mayninqi üzrə mükafatın yarıya endiyi il və yaxud bir il sonra biz bitkoinin qiymətinin yeni artım dövrünü görəcəyik.”