İnstitutun şöbə müdiri elmi ekspertiza fəaliyyətinə görə sertifikatlara layiq görülüb 2019-04-01 17:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev elmi ekspertiza fəaliyyətinə görə “Swarm And Evolutionary Computation” və “Information Processing & Management” jurnallarının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan hər iki jurnal “Web of Science” elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnallardır. Belə ki, “Swarm and Evolutionary Computation” jurnalının cari ildə impakt faktoru 3.818-ə, 5 illik impakt faktoru isə 4.607-ə bərabərdir. “Information Processing & Management” jurnalının impakt faktoru isə cari ildə 3.444-ə, 5 illik faktoru isə 2.641-ə bərabərdir. “Clarivate Analytics” şirkətinin hazırladığı “Journal Citation Reports” hesabatına görə, bu jurnalların hər ikisi ən yüksək Q1 sinfinə daxildir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024