MyGov sisteminin ilkin təqdimatı keçiriləcək 2019-03-15 15:00:00 / MARAQLI MƏLUMATLAR
Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısında Elektron Hökumətin İnkişafı Mərkəzinin (eGov Mərkəzi) hazırladığı "MyGov” sisteminin ilkin təqdimatı keçiriləcək.
 
Xeberler.az  bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
 
"Bu sistem eGov portalında vətəndaşlarla bağlı "Şəxsi kabinet”in yaradılmasını və vətəndaşla əlaqəli bütün bildirişlərin, arayışların və digər məlumatların, həmçinin xidmətlərin buraya cəlb olunmasını nəzərdə tutur. "MyGov” sisteminin ictimaiyyət üçün geniş təqdimatının isə yaxın müddətdə keçirilməsi gözlənilir”, - deyə O.Gündüz bildirib.
    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024