3-cü ayın 14-ü – Dünya Pi günü 2019-03-14 15:00:00 / MARAQLI MƏLUMATLAR

14 martda dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü (International π Day) qeyd edilir. İlk dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib.

Bu qeyri-rəsmi bayramı 1987-ci ildə San-Fransiskolu fizik Larry Shaw təklif etmişdir.

Təxmini, 3,141592653589793238462643383… (sonsuza təkrarlanmadan uzanır) olduğundan saat 1:59’da qeyd olunması uyğun görülmüşdür.

Pi adı, Yunan περίμετρον (çevrə) sözünün ilk hərfi olan π -dən götürülmüşdür.

Qədim sivilizasiyalar “pi” sayını neçə almışlar?
E.ə. 2000-ci illərdə Babillilər π = 3,125; Qədim Misirlilər isə π = 256/81 yəni təxminən 3,1605 ‘i istifadə etməkdə idi. Qədim Yunanıstanda √10 ya da 3,162 ədədi istifadə edilirdi.
Arximed isə (e.ə. 287- 212) 3.10 / 71 və 3.1 / 7 ° “Pi” sayı olaraq istifadə etmişdir. E.ə. 500-ci illərdə “Pi” ədədi üçün 3, 1415929 olaraq istifadə edilirdi. 1424-ci ildə İranda vergüldən sonrakı 16 ədəd doğru olaraq bilinirdi.
 
1596-ci ildə Alman Ludolf Van Seylen (Ludolph van Ceulen) “Pi”nin vergüldən sonrakı 20 pilləsini hesabladı və bu rəqəm Avropa da Ludolf sabiti olaraq bilindi. O tarixdən sonra “Pi” sayının vergüldən sonrakı milyardlarla rəqəm hesablanmışdır. 


Pi sayının neçə pilləsini bilirsiniz?
“Pi”nin rəqəmlərini əzbərləmək də çox adamın marağını çəkmişdir. Bu mövzudakı rekord “Pi”nin ilk 67.890 rəqəmini əzbərləmiş olan Lu Çao adındakı bir Çinliyə aiddir. Ginnessin Dünya rekordu olaraq qeydə keçən bu hadisə 24 saat 4 dəqiqə davam etmişdir. 2006-ci ildə Akira Haraquçi adında bir Yapon “Pi”nin 100.000 rəqəmini əzbərlədiyini söyləmişsə də, bu rəsmi olaraq izlənilib bir rekord olaraq qeydə keçməmişdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024