Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin 28 fevral 2019-cu il tarixində keçirilmiş Elmi şurasının iclasında Ukraynanın Milli Texniki Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Aydın Həsənov texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün “05.13.06 – informasiya texnologiyaları” ixtisası üzrə “Qeyri-stasionar proseslərin çoxsəviyyəli inteqrasiya əsasında modelləşdirilməsi və proqnozlaşdırılmasının informasiya texnologiyaları” mövzusunda təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir.
Müdafiədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov iştirak etmişdir.
Qeyd edək ki, dissertasiya işi Ukraynanın Milli Texniki Universitetinin (İqor Sikorski adına Kiyev Politexnik İnstitutu) “Tətbiqi Sistem Analizi İnstitutu” tədris-elmi kompleksində yerinə yetirilmişdir.