AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor köməkçisi Mahmud Vəlibəyov institutun inkişafında xüsusi xidmətlərinə görə, həmçinin anadan olmasının 70 illiyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.
Fərmanı yubilyara təqdim edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev M.Vəlibəyovu rəhbərlik etdiyi kollektiv adından təbrik edib və yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Akademik bildirib ki, institutun çoxillik fəaliyyətində böyük xidmətləri olan M.Vəlibəyova xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.
Uzun müddət institutun direktor müavini vəzifəsində çalışmış M.Vəlibəyov hazırda institutda direktor köməkçisi vəzifəsində işləyir.
M.Vəlibəyov Azərbaycanın ilk notariuslarından olan Mahmud bəy Vəlibəyovun nəvəsidir.