İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Çinin “Huawei” korporasiyası “Mate X” adlı yeni smartfonun təqdimatını keçirib.
5G texnologiyalarını dəstəkləyən bu modelin ekranı qatlana bilir.
Açılmış halda ekranın diaqonalı 8 düymə çatır. Qatlanmış halda isə, onun 6.6 və 6.39 düymluq iki ekranı olur.
Smartfonun 8 GB əməliyyat yaddaşı var, daimi yaddaşının həcmi isə 512 GB-dır.
“Huawei Mate X”-ın qiyməti 2.3 min avro təşkil edəcək.
Xatırladaq ki, 20 Fevral tarixində Cənubi Koreyanın “Samsung” şirkəti dünyanın ilk qatlanan ekranlı smartfonunu təqdim edib.
https://www.youtube.com/watch?v=jcFVeGiEGjY