2019-cu ildə “Qarşılıqlı hörmət mühiti yaratmaq: daha yaxşı İnternet sizinlə başlayır” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü 5 fevral tarixinə təsadüf edir.
Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayında qeyd olunur. Əsas məqsəd təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.
Həmin gün dünyanın bir çox ölkələrində “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən bir sıra tədbirlər təşkil edilir. Burada İnternetdə təhlükəsizliyin təmin edilməsi haqqında məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir.