Fevralın 4-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, doktorant və magistrantları ilə görüşüb.
Tədbirdə akademik Akif Əlizadə AMEA-da gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, magistrantların və doktorantların elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Akademik həyata keçirilən islahatların öz bəhrəsini verdiyini, artıq gənc alimlərin AMEA-nın elmi-ictimai fəaliyyətində aktiv iştirak etdiyini və mühüm elmi nəticələr göstərdiklərini söyləyib.
Görüşdə, akademiyanın institut və təşkilatlarının gənc tədqiqatçıları, eləcə də AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İskəndərli çıxış edərək AMEA-da gənc alimlərin elmi-ictimai fəaliyyət göstərməsi üçün yüksək şəraitin yaradıldığını bildiriblər, tədqiqatlarını bundan sonra da davam etdirəcəyini söyləyiblər.
Tədbirdə bir sıra gənc tədqiqatçılarla yanaşı, G.İskəndərli elmi fəaliyyətdə fərqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.