Fevralın 2-də AR Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə 2018-ci ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları iştirak edib.
Mərasimdə 2018-ci ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, təhsil sahələrində fərqlənən gənclər təltif olunublar.
Tədbirdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Günay İskəndərli 2018-ci ildəki uğurlu fəaliyyətinə görə nazirlik tərəfindən diplomla təltif olunub.