İnstitut əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər 2019-01-20 09:10:00 / TƏDBİRLƏR

Qara Yanvar hadisələrindən 29 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Yanvarın 20-də AMEA Rəyasət Heyətinin üzvləri, institut və təşkilatlarının rəhbərləri və bir qrup əməkdaşları, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024