Mobil proqram istifadəçini zərərli qida məhsullarından uzaqlaşdırır 2019-01-16 12:43:00 / TEXNOLOJİ YENİLİKLƏR

Avstraliyanın Monaş Universiteti istehlak edilən qida məhsullarına nəzarət baxımından mobil proqramların effektivliyini sübut edib. Belə ki, proqramların həqiqətən insanın çəkisinə nəzarət məsələsində kömək edə və zərərli məhsullara meyli azalda biləcəyi məlum olub. Alimlər xüsusi olaraq hazırlanmış proqramı artıq çəkiyə malik olan 60 könüllünün iştirakı ilə sınaqdan keçiriblər. Bir həftə ərzində könüllülər qidanın təsvirini əks etdirən “Tilt Task” proqramından istifadə ediblər.

meddaily.ru saytının məlumatında bildirilir ki, istifadəçidən təsvirdən asılı olaraq, telefonun ekranını özünə və ya özündən uzağa əymək tələb olunub. O, ekranı özünə tərəf əydikdə şəkil böyüyüb. Bu, yalnız faydalı məhsulların təsvirləri olduqda baş verib. Zərərli məhsulların təsvirləri isə telefon istifadəçiyə yaxınlaşdırıldıqda dəyişilməyib.

Bu, istifadəçini faydalı məhsulları seçməyə məcbur edərək, onun beynini məşq etdirib. Könüllülər proqramdan istifadə etdikləri müddətdə həqiqətən zərərli məhsulları özlərindən uzaqlaşdırmağa başlayıblar. Onların itirdikləri çəki yeni yanaşmanın effektivliyini sübut edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024