Kanadada “Stradigi AI” startapı tərəfindən süni intellekt vasitəsilə eşitmə məhdudiyyətli insanlara kömək məqsədi daşıyan kompüter oyunu hazırlanıb.
robo-hunter.com saytında bildirlir ki, kompüter oyunu “The ASL Alphabet Game” adlandırılıb.
Oyun zamanı insan əlifbanın 26 hərfini amslen jest dilində simuliyasiya etməlidi. Bu zaman oyunçunun əl hərəkətlərini neyron şəbəkə klassisifikasiya edir. Jestlər düzgün təkrar edildikdə müəyyən ballar əlavə edilir.
Süni intellekt oyunda istifadə olunan 100 min təsviri təhlil edərək jestləri öyrənir. Neyron şəbəkənin əvvəldən əmələ gəlmiş rəyini maksimal dərəcədə azaltmaq üçün istehsalçılar son dərəcə dəqiq seçilən kadrları videoyazılarda saxlayırlar.
Oyun zamanı göstərilən jestlər üç mərhələdə (süni intellekt əllərin veb-kamera qarşısındakı vəziyyətini təhlil edir, alınmış təsvirlər oyunçunun jestlərini təsnif edən ikinci neyron şəbəkəyə ötürülür, süni intellekt insanın əllərinin vəziyyətini daha dəqiq qiymətləndirən istilik kartları qurur) qiymətləndirilir.
İstehsalçılar iddia edirlər ki, süni intellektin “The ASL Alphabet Game” üçün tətbiq etdiyi sistem 99,03% dəqiqliklə işləyir.
Qeyd edək ki, Kanada startapı kompüter oyununun hazırlanmasına təxminən 1ay yarım vaxt sərf edib. Kanadanın Eşitmə Məhdudiyyətli İnsanlar Mərkəzinin əməkdaşları da oyunun hazırlanmasına kömək məqsədilə işə cəlb ediliblər.