“Ağıllı” bloknot təqdim edilib 2018-11-16 17:31:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Xiaomi” şirkəti tərəfindən hazırlanmış bloknot avtomatik olaraq bütün yazıları rəqəmsallaşdırır.

hi-tech.mail.ru saytının məlumatına görə, bloknotda istifadə edilən elektromaqnit rezonans texnologiyası qələmlə çəkilmiş xətləri yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Elektronika bu siqnalı emal edərək onu rəqəmsal sənəd şəklində saxlayır. Beləliklə, konspekt, şəkil, çertyojları yadda saxlamaq mümkün olur.

Bundan başqa, bloknotda əllə yazılmış mətnin tanınması funksiyası mövcuddur: mətn avtomatik olaraq “Word” sənədinə çevrilir. Bloknot istənilən kağızla işləyir. Bütün yazıları “iOS”, “Android” və “Windows 10” üçün proqramlar vasitəsilə saxlamaq mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024