Kağızdan istifadə edən 3D-printer təqdim olunub 2018-11-08 13:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Dizayner Bir Holtuis çap üçün kağız kütlədən istifadə edən üçölçülü printeri təqdim edib. Məqsəd plastik kütlə əvəzinə yenidən emal edilən materialın işlənməsi sayəsində 3D-çap texnologiyalarının ekoloji baxımdan daha təmiz olmasını təmin etməkdir.

robo-hunter.com saytının məlumatında bildirilir ki, hər il adambaşına düşən kağız tullantıların kütləsi 80 kq təşkil edir. Bu səbəbdən yeni printerin istehsalçısı kağız üçün yeni tətbiq sahəsi tapmağa qərar verib. Kağızın qatları təbii materialla bərkidilir ki, bu da yenidən emal edilə bilən, tamamilə ekoloji təmiz məhsulun əldə olunmasına imkan verir.

İstehsalçının sözlərinə görə, printer sürətlə çap edir və nəticədə qeyri-adi formalı predmetlər alınır. Onları uzun müddət istifadə etmək olar, çünki yüksək möhkəmliyə malikdirlər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024