"Zecurion" şirkətinin tədqiqatlarında bildirilir ki, 2014-cü ildə təşkilatlardan məxfi məlumatların oğurlanması sürətlənib.
Analitiklər qeyd edirlər ki, İnternet bu itkilərin ən çox yayıldığı vasitədir (26,7%). Bu il elektron poçt və fləş-kartlar vasitəsilə yayılan itkilərin sayı isə stabil azalaraq müvafiq olaraq 7,8 və 6,1% təşkil edib.
www.gazeta.ru saytının məlumatına görə, hakerlər daha çox pərakəndə şəbəkələr (17,8%), dövlət təşkilatları (16,8%) və tibbi məntəqələrin (16,5%) məxfi məlumatlarını əldə etməyə can atırdılar.
Bu il informasiya itkilərinin vurduğu ümumi ziyan 17,782 milyard dollar təşkil edib. 2013-cü ildə isə bu rəqəm daha böyük idi: 25,11 milyard dollar. Hər bir itkinin orta zərəri 25,51 milyon dollar təşkil edirdi.