Robot dəmiryol vağzalında işləməyə başlayıb 2018-10-26 14:14:00 / MARAQLI MƏLUMATLAR

Yaponiyanın “SoftBank Robotics” şirkətinin istehsalı olan “Pepper” adlı robot-humanoid Londonda yerləşən Sent-Pankras dəmiryol vağzalında işləməyə başlayıb. Robot sərnişinlərlə ünsiyyət saxlayır və onların suallarını cavablandırır.

“Eurostar” dəmir yolu şirkətinin nümayəndələri əmindirlər ki, robotla ünsiyyət qurmaq vağzalın ziyarətçiləri üçün çox maraqlıdır. “Pepper” ön tərəfdəki ekrandan istifadə edərək, vağzalın interaktiv xəritəsini göstərir və “Eurostar” turları haqqında məlumat verir.

robo-hunter.com saytının məlumatında bildirilir ki, robot Paris, Brüssel, Lil və Amsterdamın görməli yerləri barədə məsləhətlər verir və sərnişinlərlə şəkil çəkdirir. Səsi, üz ifadəsi və nitqi analiz edərək, müxtəlif emosiyaları tanıyır və onlara reaksiya verir.

İstehsalçıların sözlərinə görə, “Pepper” təbii hərəkət edən, maneələri keçən, səsləri tanıyan və müstəqil enerji toplayan ilk humanoiddir. Robot Sent-Pankras vağzalında ilin sonunadək qalacaq, 2019-cu ildən isə Böyük Britaniyanın digər dəmir yolu stansiyalarında işləyəcək.

Qeyd edək ki, Sent-Pankras robotun ilk iş yeri deyil. Belə ki, “Pepper” robotları artıq bir çox hava limanları və mehmanxanalarda səyahətçilərə fəal kömək edirlər. Məsələn, iki robot Tayvan-Taoyuan beynəlxalq aeroportunda sərnişinləri müşayiət edir. O, həmçinin ABŞ-ın Smitsonovski İnstitutunun nəzdində muzey kompleksində işləyir. Burada ziyarətçilərin suallarını cavablandırır və onları məlumatlandırır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024