“WhatsApp” istifadəçiləri sifət və barmaq izinə görə tanıyacaq 2018-10-25 12:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Tezliklə “WhatsApp” messencerinə sifət və barmaq izlərinə görə istifadəçilərin autentifikasiya edilməsi imkanı əlavə ediləcək.

ferra.ru saytının məlumatına görə, söhbət “WhatsApp” messencerinin “iOS” əməliyyat sistemi üçün hazırlanmış versiyasından gedir. “iPhone” istifadəçiləri isə messencerə “Touch ID” və ya “Face ID” texnologiyası üzrə daxil ola biləcəklər.

“WhatsApp” messencerinin bu yeni imkanı proqramın erkən sınaq alfa-versiyasında aşkar edilib. “Face ID” texnologiyasını dəstəkləyən smartfonda “WhatsApp” proqramının parametrlərində “Touch ID” və ya “Face ID” üçün yeni seçim əmələ gəlir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024