AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllif olduqları “Mobil hesablama buludlarında istifadəçi tələblərinə uyğun virtual maşınların seçilməsi alqoritmləri” (Virtual Machine Selection Algorithm Based on User Requirements in Mobile Cloud Computing Environment) adlı məqalə nüfuzlu “International Journal of Computers & Technology” jurnalında işıq üzü görüb.
Məqalədə mobil bulud texnologiyalarının üstünlükləri və istifadə zamanı meydana çıxan problemlər təhlil edilmiş, iyerarxik strukturlu mobil hesablama buludların ikinci səviyyəsində cloudletlər əsasında qurulanşəbəkə infrastrukturu analiz edilmişdir. Eyni zamanda bum texnologiyalarından istifadə etməklə mobil avadanlıqların hesablama və yaddaş resurslarına olan təlabatın təmin edilməsi məsələləri tədqiq edilmişdir.
Həmçinin məqalədə istifadəçinin məsələsinin qoyulmuş vaxt müddətində həllini və digər tələblərini təmin edən virtual maşınların müəyyən edilməsi məsələsinə baxılmışdır. Bu zaman həlli nəzərdə tutulan məsələnin, virtual maşınların, istifadəçi ilə virtual maşınlar arasında rabitə kanallarının müxtəlif xarakteristikaları nəzərə alınmışdır.
“International Journal of Computers & Technology” jurnalı “Google Scholar”, “Crossref”, “Citefactor”, “WorldCat”, “Jifactor”, “Scribd” kimi elmi bazalarda indeksləşir və referatlaşdırılır.