AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Şəbəkələr, Kommunikasiyalar, Naqilsiz və Mobil Hesablamalar” üzrə III beynəlxalq konfransın (3rd International Conference on Networks, Communications, Wireless and Mobile Computing) proqram komitəsinin üzvü seçilib.
24-25 noyabr 2018-ci il tarixlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək tədbirin əsas istiqamətlərinə kommunikasiya şəbəkələrinin arxitekturaları və dizayn, şəbəkə tətbiqləri, şəbəkə əməliyyatı və idarəetmə, şəbəkə təhlükəsizliyi və gizlilik, mobil Ad-hoc və sensor şəbəkələri, peyk kommunikasiyaları, naqilsiz multimedia sistemləri, kriptoqrafiya, təhlükəsizlik və mobil şəbəkələrin gizliliyi kimi mövzular daxildir.