“Telegram” xidməti bu yaxınlarda “Telegram Open Network” (TON) blokçeyn-platformasını istifadəyə verəcək.
iz.ru saytının məlumatına görə, TON-un test versiyasının işə salınması üçün lazım olan əsas komponentlərin əksəriyyətinin hazırlanması müvəffəqiyyətlə başa çatıb. Tam versiya payızın sonuna kimi işə başlıyacaq.
Qeyd edək ki, TON “Telegram”ın banisi Pavel Durov tərəfindən hazırlanan yeni blokçeyn-platformadır. Sahibkar layihə üçün investorlardan 1,7 milyard cəlb edib. “Telegram” komandası bildirir ki, TON tranzaksiyaları “Bitcoin” və “Ethereum”dan daha sürətli emal edəcək. İstehsalçıların sözlərinə əsasən, o, ödənişlərin sürətinə görə “Visa” və “Mastercard”la rəqabət apara biləcək. Sistemdə “Gram” kriptovalyutası istifadə olunacaq. Telegram messenceri istifadəçilərinin ixtiyarına “Telegram” pul kisəsi proqramları veriləcək.