“Google Chrome” brauzeri yaxın vaxtlarda 32 milyon Android qurğusunda işləməyi dayandıracaq. Bunun səbəbi bəzi qadcetlərin Android 4.1-4.3 Jelly Bean sistemi əsasında işləməsidir. Brauzer hələ ki, bu tələbləri dəstəkləsə də, tezliklə “Chrome”da bu imkan aradan qaldırılacaq.
Hazırda “Chrome” üçün API-nin minimal səviyyəsi Android 4.1-dir, tezliklə bu tələblər Android 4.4 KitKat-a qədər yüksələcək.
iz.ru saytının məlumatına görə, köhnə sistem Android əsasında işləyən 3,2% qurğuda quraşdırılıb. Nəzərə alsaq ki, istifadədə hazırda təxminən 1 milyard qadcet mövcuddur, onda bu faiz 32 milyon qurğunu təşkil edir.
Qeyd edək ki, bundan öncə, “Chrome” brauzerində videooyunları açmağa imkan verən “Project Stream” xidməti istifadəyə verilib.