“Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları səslə idarə etməyə imkan verən “Voice Access” əlavəsini istifadəyə verib. Yeni əlavə fiziki imkanları məhdud şəxslərin mobil telefondan istifadəsini sadələşdirmək məqsədi daşıyır.
tass.ru saytının məlumatına görə, “Voice Access” istifadəçilərə səs əmrləri vasitəsilə və əllərdən istifadə etmədən mətnlər yaratmaq və redaktə etmək, əlavələri dəyişmək, əlavələr daxilində “düymələr” basmaq və interfeys elementlərini idarə etməyə şərait yaradacaq.
Proqramın ingilis dilində olan versiyasını “Google Play” mağazasında yükləmək olar. Gələcəkdə tərtibatçılar tərəfindən digər dil versiyalarının istifadəyə verilməsi planlaşdırılır.