ABŞ-ın Yuta Universitetində çalışan dosent Radjeş Menomun komandası adi şüşədən keçən işığın passiv tutulması texnologiyasını hazırlayıb. Demək olar ki, istənilən pəncərənin arxasında maraqlı hadisələr baş verir, lakin bunu qeydə almaq üçün pəncərənin qarşısında videokamera quraşdırmaq lazımdır. Yeni texnologiya bu məhdudiyyəti qismən aradan qaldırmağa imkan verir.
techcult.ru saytının məlumatına görə, bunun üçün şüşədə səpələnmiş vəziyyətdə olan işığı ilkin təsvirə çevirəcək xüsusi alqoritm lazımdır. Menomun komandası məhz bu alqoritm üzərində işi başa çatdırıb. Yekunda əldə edilən təsvir keyfiyyətli olmasa da, aydın görünür. Yəni istənilən pəncərəni videokameraya çevirmək üçün sadə aksessuar dəstini kompüter və ya başqa hesablama qurğusuna qoşmaq kifayətdir.