Sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən süni intellekt hazırlanıb 2018-08-10 11:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Google” şirkəti sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən sistem üçün patent hüququ alıb.

hightech.fm saytının məlumatına görə, patentin təsvir olunduğu sənədlərdə qeyd olunur ki, istifadəçi “Google Images” servisinə bir şəxsin fotoşəklini yüklədikdən sonra süni intellekt onun bütün sosial şəbəkə profillərini (o cümlədən gizlədilənləri), əsl adı, ev ünvanı, iş yeri və sevimli məşğuliyyətini tapacaq. Ekspertlərin fikrincə, sistem istənilən şəxsə izləmə təşkil etməyə və insanların azadlığını pozmağa imkan verəcək.

Servisin xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanacağı ilə əlaqədar olaraq, məhsulun son versiyasının təqdim edilməyəcəyi bildirilib.

Axtarış sistemi yalnız fotoşəkil və məlumatları nəzərə almayacaq, eyni zamanda şəxsi ümumi dostları və ya maraqları olan digər insanların profillərində axtaracaq. “Google” mütəxəssislərinin sözlərinə görə, süni intellekt insanı 100 faiz dəqiqliklə müəyyənləşdirə biləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024