Süni intellekt əlavələrinin yaradılması üçün proqram təminatı təqdim olunub 2018-07-10 11:56:00 / TEXNOLOJİ YENİLİKLƏR

Fransanın “Atos” informasiya texnologiyaları şirkəti süni intellekt elementli korporativ əlavələrin yaradılması üçün nəzərdə tutulan “Codex AI Suite” proqram kompleksini nümayiş etdirib.

dailycomm.ru saytının məlumatına görə, “Codex AI Suite” şirkət və tədqiqat institutlarına süni intellekt əlavələrini hazırlamağa, tətbiq etməyə və idarə etməyə kömək edir. Onun köməyilə informasiya emalı və analizi üzrə mütəxəssislər emal edilməmiş məlumatlardan xeyir götürərək biznesin yeni inkişaf yollarını aça biləcəklər.

“Codex AI Suite” vasitəsilə yaradılan proqramlar “Amazon Web Services”, “Azure”, “Google Cloud” ictimai bulud servislərində, eləcə də “Atos BullSequana S” daxil olmaqla lokal mühitdə quraşdırıla bilər.

Texnologiya tibb, dövlət təhlükəsizliyi, “ağıllı” şəhərlər, intellektual və avtonom məlumat emalı mərkəzləri üçün nəzərdə tutulub. “Atos Codex AI Suite” paketini ayrıca proqram platforması şəklində və ya server infrastrukturu ilə birlikdə əldə etmək mümkündür.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024