“Alphabet” şirkətinin baş direktoru və “Google” korporasiyasının həmtəsisçisi Lari Peyc “Kitty Hawk” adlı yeni startapı çərçivəsində bir nəfərlik uçan avtomobil yaradıb.
belta.by saytının məlumatına görə, uçan aparat hələ ki, havada yalnız 20 dəqiqə və 3 metrə qədər hündürlükdə qala bilir. Avtomobilin maksimal sürəti 32 km/saat təşkil edir.
Uçuş aparatının satışa çıxarılma tarixi barədə məlumat verilmir. Mütəxəssislər 2015-ci ildən avtomobilin yaradılması ilə məşğuldurlar. Hazırda qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.