Sifətin tanınması sisteminə mane olan alqoritm yaradılıb 2018-06-08 15:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Sifətin tanınması sistemi olduqca faydalı texnologiyadır. Lakin bütün üstünlüklərinə baxmayaraq, insanın azadlıq hüququnu pozaraq onu izləməyə imkan verməklə ziyan vura bilər. Bu məqsədlə sifətin tanınması sisteminin işinə mane olan xüsusi alqoritm yaradılıb.

hi-news.ru saytının məlumatına görə, yeni sistem dərin maşın təliminə əsaslanır ki, bunun sayəsində gələcəkdə özünü inkişaf etdirmək xüsusiyyətinə malikdir. Alqoritm sifətin tanınması alqoritmlərinin məhv edilməsi üçün dinamik üsullardan istifadə edir. Alimlər əks təsir sisteminin hazırlanması üçün bir-biri ilə mübarizə aparan iki süni intellektdən istifadə ediblər. Süni intellektlərdən biri sifətin identifikasiyasına, digəri isə onun işini pozmağa çalışıb. Bu “müharibə”nin nəticəsi kimi hazırlanmış xüsusi filtr (hələ ki, yalnız şəkillər üçün) təsvirlərdə müəyyən pikselləri elə əvəz edir ki, insan gözü fərqləri ayırd edə bilməsə də, sifətin tanınması sisteminin işində nasazlıq yaranır.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024