Dron-çətir təqdim olunub 2018-06-07 10:39:00 / TEXNOLOJİ YENİLİKLƏR

Yaponiyanın “Asahi Power Services” şirkətinin mütəxəssisləri sahibini yağışdan və ya qızmar günəşdən qoruya biləcək dron-çətir hazırlayıblar.

popmech.ru saytının məlumatına görə, “Free Parasol” adlı qurğu kamera və istifadəçinin başını avtonom izləyə bilən süni intellekt alqoritmi ilə təchiz edilib. Sistem “Skydio R1” kimi avtonom dronlara quraşdırılmış texnologiyaya əsaslanır. Lakin dizaynla bağlı müəyyən problemləri aradan qaldırmaq lazımdır. Qurğunun prototipinin çəkisi təxminən 5 kq, uçuş müddəti isə cəmi 20 dəqiqə təşkil edir.

2019-cu ildə satışa çıxarılacaq dron-çətirin qiyməti 275 dollar təşkil edəcək. İstehsalçılar qurğunun çəkisini 1 kq-a qədər azaltmağı, uçuş müddətini isə 1 saata qədər artırmağı planlaşdırırlar. Qurğu gələcəkdə sahibini tamamilə sərbəst izləyəcək, bu da onun itirilməsi və ya oğurlanmasına mane olacaq.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024