Süni intellekt insanı yerişinə görə tanıyacaq 2018-06-04 13:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Hər bir insanın yerişi onun gözünün torlu qişası və ya barmaq izi kimi unikaldır. Bu xüsusiyyətləri fərqləndirmək insan üçün çox çətin olsa da, süni intellekt sistemləri bunu asanlıqla edirlər.

hi-news.ru saytının məlumatına əsasən, İngiltərənin Mançester Universitetinin mütəxəssisləri insanı yerişinə görə tanıya bilən “StoofBD” adlı yeni sistem hazırlayıblar. O, daha əvvəl hazırlanmış sistemdən 380 dəfə daha dəqiqdir.

İstehsalçıların sözlərinə görə, insan yeriyərkən 24 müxtəlif hərəkətdən istifadə edir ki, bununla da onun unikal yerişi formalaşır. Tanıma sisteminin yaradılması üçün 120 nəfərin 20 min addımından ibarət məlumat bazası yaradılıb. Hər bir addım yüksək keyfiyyətli kameralar vasitəsilə lentə alınıb və xüsusi xalçaların köməyilə ölçülüb. Süni intellekt bu xalçalardan əldə olunan informasiyanı emal edərək uyğunluqları tapıb.

“StoofBD” mənzillərin və hava limanlarının təhlükəsizliyi, həmçinin iş yerlərində işçilərin fəaliyyətinə nəzarət üçün istifadə oluna bilər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024