Robotlar üçün sinir sistemi hazırlanıb 2018-06-01 10:26:00 / MARAQLI MƏLUMATLAR

Müasir robot texnikası artıq kifayət qədər hərəkətlidir və robotlar çoxlu sayda müxtəlif hərəkətləri yerinə yetirmək qabiliyyətinə malikdirlər. Amma robotların əksəriyyəti müxtəlif obyektlərlə qarşılıqlı təmas zamanı çox vacib olan taktil həssaslıq hissindən məhrumdurlar. İsveçrədən olan mühəndislər qrupu tərəfindən hazırlanmış ultranazik elastik kabellər toxunuş zamanı elektron siqnalları ötürə bilir.

hi-news.ru saytının məlumatına görə, bu həll Lozanna Federal Politexnik Məktəbinin mühəndisləri tərəfindən hazırlanıb. “Advance Materials” nəşri yazır ki, elastik kabellərin işləmə prinsipi insanın sinir toxumalarının işinə çox oxşardır. Yeni həllin əsasını təşkil edən optik lifin daxilində periferiyadan mərkəzə doğru onlarla cərgə elektrodlar yerləşdirilib. Bunun sayəsində qurğu təzyiqə, toxunuşa və hətta zədələrə reaksiya verə bilər. “Sintetik sinir” müxtəlif taktil elektrodların müxtəlif dərinlikdə yerləşməsi sayəsində yüklənməni fərqləndirə bilir.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024