İnstitutun əməkdaşı Proqramlaşdırma üzrə beynəlxalq olimpiadanın yarımfinalına vəsiqə qazanıb 2014-12-08 09:53:03 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Aytac AğabəyliBakıda keçirilmiş Azərbaycanda universitet tələbələrinin 39-cu “ACM ICPC” (International Collegiate Programming Contest) Proqramlaşdırma üzrə beynəlxalq olimpiadasında diploma layiq görülüb. 

 

Tədbirin təşkilatçıları Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Proqramlaşdırma Müsabiqələri İştirakçılarının Milli Assosiasiyası, “IEEE Azərbaycan bölməsi” və “Azərbaycan ACM Bölməsi”dir.

 

A.Ağabəyli, həmçinin 6-9 dekabrda Tbilisi (Gürcüstan) şəhərində  keçiriləcək ACM/ICPC  üzrə beynəlxalq olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, əsası 1947-ci ildə qoyulan “ACM” (Association for Computing Machinery – Hesablama Texnikası Assosiasiyası) dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyətidir. Assosiasiyanın 100 mindən çox üzvü var. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024