Dənizdə batan şəxsləri dronlar xilas edəcəklər 2018-05-23 14:59:00 / MARAQLI MƏLUMATLAR

Almaniyanın Baltik dənizi sahilində çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq, suda batan şəxslərin xilas edilməsi üçün dronlardan istifadə olunacaq.

belta.by saytının məlumatına görə, maksimal sürəti 85 km/saat təşkil edən dronlar su ilə təmas etdikdə avtomatik olaraq, hava ilə dolan xilasetmə yastığını daşıyırlar.

“Dronlar xilasediciləri əvəz etməyəcəklər, onların funksiyalarını tamamlayacaqlar. Onlar ən qısa müddətdə dənizdə köməyə ehtiyac duyan şəxsə yaxınlaşırlar və ona xilasetmə kateri gələnə qədər suda qalmağa kömək edirlər”, – deyə Almaniya Qırmızı Xaç Cəmiyyətinin xilasedicisi Tomas Povasserat bildirib.

Qeyd edək ki, dron-xilasediciləri Fransanın “Drone Helper” şirkəti hazırlayıb. Bu pilotsuz uçuş aparatları ilk dəfə 2017-ci ilin avqustunda təqdim edilib.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024