Smartfon vasitəsilə rəngini dəyişən parça hazırlanıb 2018-05-21 15:01:00 / TEXNOLOJİ YENİLİKLƏR

Mərkəzi Florida Universitetinin Optika və Fotonika Kollecinin tədqiqatçıları buqələmun kimi rəngini dəyişən unikal “HyperColor” parçasını hazırlayıblar.

İşıq diodları ilə təchiz edilmiş işıqsaçan geyimdən fərqli olaraq, yeni parçada parlaqlığı liflər yaradırlar. Hər bir lif dəstəsi çox nazik metalların ətrafına dolanıb. Onlardan keçən elektrik cərəyanının ölçüsünün dəyişməsi parçanın temperaturunun azalması və ya yüksəlməsinə səbəb olur. Temperatur dəyişikliyinə sapların daxilindəki xüsusi piqmentlər reaksiya verir. Bütün prosesə smartfonun köməyilə nəzarət etmək mümkündür.

techcult.ru saytının məlumatına görə, rəng qamması hələ ki, 4 rənglə məhdudlaşır. Parçanı yumaq və ütüləmək olar. Alimlər “ağıllı” parçanın təkmilləşdirilməsi üzərində çalışırlar.

Hazırda istehsalçılar parçanın istehsalının təşkili və onun tezliklə bazara çıxarılması üzrə potensial partnyorlarla danışıqlar aparırlar.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024