Bitkilərin keyfiyyətinin analizi üçün mobil cihaz hazırlanıb 2018-05-14 14:21:00 / TEXNOLOJİ YENİLİKLƏR

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin tələbələri həm ticarət şəbəkələrinin piştaxtalarında, həm də əkin sahəsində yetişmə mərhələsində olan bitkilərin keyfiyyətini yoxlaya bilən yeni mobil cihaz hazırlayıblar.

dni24.com saytının məlumatına görə, birləşdirilmiş xüsusi elektrodlardan ibarət olan qurğunun sayəsində istənilən şəraitdə kənd təsərrüfatı bitkilərinin ani yoxlanması imkanı yarandı. Ekspress rejim bitkilərdə kanserogen maddələr, antibiotiklər, zərərli əlavə və patogenlərin mövcudluğunu müəyyən edir.

Beləliklə, pərakəndə və ya topdan satışın həyata keçirilməsi zamanı alıcı və satıcı arasında münaqişə yaranmayacaq. Tələbələr qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024