Sualtı dron okeanları tədqiq etməyə imkan verəcək 2018-05-14 11:00:00 / MARAQLI MƏLUMATLAR

“Indiegogo” platformasında arzu edən hər kəsə okeanları tədqiq etməyə imkan verən “Blue Water 1” dronu layihəsi yerləşdirilib.

techcult.ru saytının məlumatında bildirilir ki, 100 metr dərinliyə enə bilən “Blue Water 1” yüksək keyfiyyətli video və 4 meqapiksel təsvir ölçüsünə malik fotoşəkillər çəkir. Onun məsafədən idarə olunan kamerası yuxarı və aşağı hərəkət edir, 2 LED lampası isə işıq düşməyən dərinliklərdə belə çəkiliş etməyə imkan verir. Hər hansı bir obyekti ətraflı araşdırmağa ehtiyac yarandıqda dron avtomatik rejimi aktiv edir və ləğv komandası daxil olanadək özünü eyni yerdə saxlayır.

Dronun qiymətinin 1699 dollar olacağı güman edilir. Qurğunun 2018-ci ilin yanvar ayında satışa çıxarılması planlaşdırılır.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023