Rusiyanın “Stafory.com” şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış robot insanlarla söhbətlər aparır və işə uyğun namizədləri seçir.
vladtime.ru saytının məlumatına görə, şirkət yeni işçilərə ehtiyacı olan kommersiya təşkilatları üçün işə qəbul xidmətləri təklif edir. “Vera” adlı robot hər gün mindən çox potensial əməkdaşla söhbətlər aparır. Adi insanlar bu işə, adətən, 1 ay sərf edirlər. Robot müsahibə keçirə, namizədlərlə zəngləşə və onlara elektron məktub yaza bilir.
Vera, ona insanlarla ünsiyyətdə böyük təcrübə toplamaq imkanı verən maşın təlimi texnologiyası və süni intellekt əsasında işləyir. Layihə müəllifləri bildiriblər ki, robot ötən ildən etibarən, ölkədə fəaliyyət göstərən bir çox şirkətlər üçün minlərlə yeni əməkdaş tapıb.