“Google” tarixi abidələri virtual reallığın köməyilə qoruyacaq 2018-04-20 10:02:00 / KONFRANSLAR

“Google” şirkəti ən yeni texnologiyalardan istifadə etməklə tarixi abidələrin qorunması üzrə layihəyə start verməyi planlaşdırır. Tezliklə şəbəkədə məşhur tikililərin ilk 3D-modelləri yerləşdiriləcək.

belta.by saytının məlumatına görə, şirkət “Open Heritage” adlı layihəni “Google Arts & Culture” proqramı əsasında “CyArk” ilə birgə hazırlayır. Mütəxəssislər üçölçülü modelləri lazer skanerlərinin köməyilə yaradacaqlar, sonra proqramın bazasına yükləyəcəklər. 3D-modellərin arxivinə mobil proqram və İnternet vasitəsilə daxil olmaq mümkün olacaq.

İstehsalçıların sözlərinə görə, müasir texnologiyalar tarixi abidələri ətraflı təsvir etməyə imkan verir. 3D-modellər, hətta rəng və tekstur kimi ən xırda detalları belə ötürə biləcəklər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024