Bir qayda olaraq, insanlar səs-küylü kütlənin içərisindən həmsöhbətin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Lakin “Google” şirkəti bu problemin aradan qaldırılması üçün yeni tətbiq hazırlayıb.
itc.ua saytının məlumatına görə, “Google” şirkətini təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış dərin təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir. Nəticədə, süni intellekt sistemi eyni anda bir neçə insan danışdığı zaman bir nəfərin səsini ayırd edə bilir.
Hazırda şirkət öz məhsullarında bu funksiyadan istifadə etmək imkanlarını araşdırır.