Silahla təchiz edilən dron yaradılacaq 2018-03-12 17:00:00 / MARAQLI MƏLUMATLAR

Sinqapurun “ST Kinetics” şirkəti müxtəlif növ atıcı silahlarla təchiz edilən hərbi pilotsuz uçan aparatlar yaratmaq niyyətindədir.

hitech.newsru.com saytının məlumatında bildirilir ki, şirkət ilk dron prototiplərini növbəti ilin sonunadək təqdim etməyi planlaşdırır. Onlardan birincisi “Stinger” adlı dördşüalı oktokopter olacaq. Dron teplovizor, yüksək təsvir ölçülü videokamera və 5,56 millimetr kalibrli 100 patronlu “ST Kinetics Ultimax 100 Mk.8” pulemyotu ilə təchiz ediləcək. “Stinger” pilotsuz uçan aparatının nəzərdə tutulan uçuş müddəti 30 dəqiqə, çəkisi 60 kq təşkil edəcək. Drondan istifadə planları barədə məlumat verilmir.

Drondan atış üçün effektiv istifadəyə görə mütəxəssislər tərəfindən pulemyotun faydalı iş əmsalının kompensasiyası məqsədilə xüsusi asma sisteminin yaradılması nəzərdə tutulur. Bir müddət əvvəl şirkət pulemyota malik dron konsepsiyasının həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən bir sıra sınaqlar keçirib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024