Süni intellekt sistemi istənilən mağazanı avtomatlaşdıracaq 2018-03-05 10:06:00 / MARAQLI MƏLUMATLAR

ABŞ startapından olan istehsalçılar istənilən mağazanı avtomatlaşdırmaq imkanına malik öz süni intellekt sistemlərini yaradaraq “Amazon” şirkəti ilə rəqabətə girməyə qərar veriblər. Bundan öncə ABŞ-da tamamilə avtomatlaşdırılmış xidmətə malik “ağıllı” mağazanı “Amazon” şirkəti təqdim etmişdi. Lakin yaxında İnternet-ticarətin nəhənginə ticarət obyektinə malik olan istənilən biznesmen rəqabət edə biləcək.

“AiFi” sisteminin mütəxəssisləri tərəfindən hazırlanmış tətbiq satıcılarla yanaşı, kassaların yoxluğunu da ehtimal edə bilir. Alıcının mağazaya daxil olması, bəyəndiyi malı seçməsi kifayətdir. Alqı üçün pulun silinməsi avtomatik həyata keçirilir – süni intellekt alqoritmi hər şeyi müstəqil olaraq icra edir. Bu tətbiq artıq fəaliyyət göstərən istənilən mağazanı və ya supermarketi asanlıqla avtomatlaşdırmağa imkan verir.

hi-news.ru saytının məlumatına görə, süni intellekt sərbəst olaraq malı təqdim etmək və alıcıların sayını hesablamaqla bərabər, ziyarətçilərin mağazada hansı hərəkətləri icra etdiklərinə dair məlumat toplaya bilir. Proqram statistika toplayaraq və əldə olunmuş informasiyanı təhlil edərək zamanla mağazanı idarə etmək və müştərilərə xidmət göstərməyi daha yaxşı öyrənir. Toplanmış məlumat massivi emal edilir və sahiblərinə ötürülür.

Startapın rəhbəri qeyd edib ki, sistemin sınaqları 2018-ci ilin sonunda başlanacaq. İlk mağaza Yeni il öncəsi açılacaq. “AiFi” öz tətbiqini müvəffəqiyyətlə sınaqdan keçirdikdən sonra, şirkət bu kimi “ağıllı” supermarketlər şəbəkəsini açmağı planlaşdırır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024