“Apple” şirkəti qadcet kimi istifadə olunan yeni sensor paneli patentləşdirib. İstehsalçılar daha əvvəl noutbuk üçün buna bənzər qurğu – “Touch Bar” hazırlamışdılar. OLED-displeydən klaviatura, ikinci ekran və ya planşet kimi istifadə etmək mümkün olacaq. Həmçinin bildirilib ki, hər iki ekran bir-biri ilə qarşılıqlı təsir edə və vahid ekran ola biləcək.
belta.by saytının məlumatına görə, qurğunun iki variantda tətbiq olunması nəzərdə tutulub: Şarnir mexanizmi ilə birləşən iki ekrana malik “MacBook”un yaradılması və aksessuar kimi istifadə olunacaq sensor OLED-panel. Lakin“Apple” pərəstişkarları yeni klaviatura ilə işləməyin çox narahat olacağını bildiriblər.