“Samsung” insanabənzər robotunu təqdim edib 2018-02-27 10:00:00 / MARAQLI MƏLUMATLAR

“Samsung” şirkəti süni intellektlə təchiz edilmiş insanabənzər “Saram” robotunun hazırlanmasını başa çatdırıb. O, şirkət zavodlarının anbarlarında ağır əşyaların qaldırılması və ya yerdəyişməsi üçün istifadə ediləcək robot-manipulyatordur. Bununla belə, Cənubi Koreya istehsalçısı robotdan cərrahiyyə sahəsində və ya ev şəraitində istifadə üçün onun funksiyalarının genişləndirilməsi ilə bağlı planlarını açıqlayıb.

naked-science.ru saytının məlumatına görə, “Samsung” bu yaxınlarda robotların vertikal hərəkət etməsi texnologiyası üzərində işi tamamlayıb. Texnologiya ikiayaqlı robotlara stabil duruşu saxlamağa kömək edərək səthin mailliyinin dəyişməsi zamanı baldırla pəncəni birləşdirən oynaq bucağını tənzimləməyə imkan verir. Şirkət, həmçinin xəritələrin yaradılması üçün yerləri tanıyaraq vizual informasiya toplayan robot hazırlamağı planlaşdırır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024