“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılsın:
Şuranın sədri
Akif Əlizadə – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Şuranın sədr müavini
İbrahim Quliyev – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Şuranın üzvləri:
İsa Həbibbəyli – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Dilqəm Tağıyev – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Arif Paşayev – akademik, Milli Aviasiya Akademiyasının rektoru
Rasim Əliquliyev – akademik, Milli Elmlər Akademiyasının akademik-katibi
Əhliman Əmiraslanov – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb elmləri Bölməsinin akademik-katibi
Abel Məhərrəmov – akademik, Bakı Dövlət Universitetinin rektoru
Urxan Ələkbərov – akademik, Dövlət İdarəçilik Akademiyasının rektoru
Nərgiz Paşayeva – akademik, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru
İsmayıl Hacıyev – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri
Fuad Əliyev – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri
Mustafa Babanlı – texnika üzrə elmlər doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru
Heydər Piriyev – general-leytenant, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi
Əminağa Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil İdarəsinin rəisi (məsul katib)
Artur Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri,
Bakı şəhəri, 20 fevral 2018-ci il