Müasir İKT yeniliklərinə dair məruzə dinlənildi 2017-03-23 15:00:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında təqdim edilən məruzələrdən biri də İKT yenilikləri mövzusuna həsr olunmuşdur. Məruzəni təqdim edən institutun 4 saylı şöbəsinin əməkdaşı Cəmil Qurbanzadə öncə insanabənzər “Atlas” robotu haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “Alphabet” holdinqinə məxsus olan “Boston Dynamics” şirkətinin DARPA agentliyinin sifarişi ilə hazırladığı “Atlas” robotu şəxsi akkumulyatora malikdir. Robotun boyu 175 sm, çəkisi isə 81,6 kq təşkil edir. Qurğu hamar səthlərlə yanaşı, nahamar səthlərdə də sərbəst hərəkət edə bilir. 4,5 kq çəkidə yükü götürmək qabiliyyətinə malik robota süni maneə yaradıldıqda belə yükü götürməyə cəhd edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024